Flora Kərimova:

Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib

Yeni ildə bayram gecəsini xəstəxanada keçirməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

"Hamamda yıxıldım, ayağım içəridən zədələnib. Bir az ağırılarım var, müalicə olunuram, hətta gəzirəm də. Amma xəstəxanaya düşməmişəm, bu haqda deyilənlər yalandır”.

Qeyd edək ki, Xalq artisti Flora Kərmovanın Yeni ili xəstəxanada keçirdiyi barədə mətbuatda xəbərlər yayılıb. Məlumata görə, o, evinin vanna otağında huşunu itirərək yıxılıb və xəsarət alıb. /AzNews.az/