Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu Qanun vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, onların şəxsiyyətinin müəyyən edilməsi və cənazələrinin tapılmasıüçün axtarış işlərinin aparılması qaydalarını müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1.Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində qanunvericilik

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digərqanunvericilik aktlarından ibarətdir.

Maddə 2.Xatirəsi əbədiləşdirilənlər

Bu Qanuna uyğun olaraq aşağıdakıların xatirəsi əbədiləşdirilə bilər:

vətən uğrunda döyüşlərdə, yaxud döyüş ehtiyaclarının təmin edilməsi ilə əlaqədar döyüş bölgəsində və ya ondan kənarda xidməti və yavətəndaşlıq borcunu yerinə yetirərkən həlak olmuş şəxslərin;

başqa dövlətlərin ərazisində əsgəri borcunu yerinə yetirərkən həlak olanların;

vəfat etdiyi vaxtdan asılı olmayaraq vətən uğrunda döyüşlərdə, habelə əsirlikdə aldıqları xəsarət (yaralanma, travma, kontuziya) və xəstəliklər nəticəsindəölənlərin;[1]

döyüşdə yaranmış şərait üzündən özündən asılı olmayaraq əsir düşən, vətənə xəyanət etməyib əsirlikdə həlak olan şəxslərin;

Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin.

Vətənin müdafiəsi zamanı fərqlənmiş mülki idarə və müəssisələrin, xalqın tarixinə qəhrəmanlıq rəmzi kimi daxil olmuş döyüş əməliyyatıyerlərinin adları da əbədiləşdirilə bilər.

Maddə 3.Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formaları

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin əsas formaları aşağıdakılardır:

iki dəfə Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların büstlərinin qoyulması;

Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərəgörə azı iki ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi;

«Şəhid» Memorial Kompleksinin yaradılması;

dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qoyulması;

vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin qorunması və abadlaşdırılması;

döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanlarının qoyulması;

həlak olanlar haqqında Respublika «Xatirə kitabı»nın aparılması;

həlak olanlar haqqında materialların kütləvi informasiya vasitələrində yayılması, onların qəhrəmanlığına həsr olunmuş ədəbiyyat vəincəsənət əsərlərinin yaradılması, muzey və sərgilərin təşkil edilməsi.

Dövlət və yerli özünüidarə orqanları həlak olanların xatirəsini əbədiləşdirmək üçün digər tədbirləri də həyata keçirə bilərlər.

II fəsil

VƏTƏN UĞRUNDA HƏLAK OLANLARIN DƏFN OLUNMASININ TƏŞKİLİ

Maddə 4.Vətən uğrunda həlak olanların dəfn yerləri

Hərbi xatirə qəbiristanları, əsgər qəbiristanları, ümumi qəbiristanda əsgərlərin dəfn olunduğu sahələr, qardaşlıq məzarları, dəniz və okeanakvatoriyalarında dəfn yerləri, hərbi və mülki gəmilərin, təyyarələrin öz heyətləri ilə həlak olduqları yerlər hərbi dəfn yerləri hesab olunur.

Maddə 5.Vətən uğrunda həlak olanların dəfn (yenidən dəfn) qaydası

Vətən uğrunda həlak olanların dəfn (yenidən dəfn) mərasimi əsgəri ehtiram göstərmək və dini ayinlər icra etməklə aparılır.

Həlak olanların tapılmış cənazələrinin dəfn olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən özünüidarə və hərbi idarə orqanları cəlbolunmaqla təşkil edilir.

Digər dövlətlərin hərbi qulluqçularının dəfn olunmamış cənazələri aşkar edildikdə həmin dövlətlərin müvafiq təşkilatlarına məlumatverməklə dəfn (yenidən dəfn) təşkil edilir.

Həlak olanların cənazələrinin yenidən dəfni onların qohumlarının xahişi ilə, yaxud xüsusi dövlət əhəmiyyətli işlər görülərkən və ya qəbrinyerləşdiyi ərazinin coğrafi şəraiti zəruri abadlaşdırma və qorunma tədbirlərinin görülməsinə imkan vermədiyi hallarda həyata keçirilir.

Həlak olanların cənazələrinin yenidən dəfni onların ailələrinə və ya qohumlarına məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanınınqərarı ilə yerinə yetirilir.

Hərbi əməliyyatların gedişində həlak olanların dəfn olunması hərbi nizamnamələrə, komandanlığın əmr və göstərişlərinə uyğun aparılır.

Maddə 6.Əsgər məzarlarının qeydiyyatı

Əsgər məzarları dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası ərazisində onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı, digərdövlətlərin ərazisində isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən aparılır.

Hər bir əsgər məzarı üçün xatirə nişanı qoyulur və pasport tərtib olunur.

Maddə 7.Əsgər məzarlarının qorunmasının və bərpasının təmin edilməsi

Müvafiq icra hakimiyyəti orqanı yerli özünüidarə və hərbi orqanların iştirakı ilə əsgər məzarlarının və xatirə abidələrinin qorunmasını,təmirini və bərpasını təşkil edir.

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada, əsgər məzarlarının qorunmasını təmin etmək məqsədilə mühafizəzonaları, o cümlədən qoruq sayılan təbii landşaft zonaları yaradılır.

Başqa dövlətlərin ərazisində olan Azərbaycan əsgərlərinin məzarlarının qorunması və abadlaşdırılması dövlətlərarası müqavilələrdəmüəyyən olunmuş normalar əsasında təmin edilir.

Şəhərlərdə, digər yaşayış məntəqələrində planlaşdırma, tikinti və yenidənqurma işlərinin layihələri hazırlanarkən əsgər məzarlarınınqorunmasının təmin edilməsi nəzərə alınır.

Xüsusi dövlət əhəmiyyətli işlər istisna olmaqla, əsgər məzarlarını zədələyə biləcək tikinti və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

Fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrindəki əsgər məzarlarının qorunması üçün məsuliyyət daşıyırlar. Həmin torpaqsahələrində əsgər məzarları aşkar edilərsə, torpaq sahələrinin sahibləri bu barədə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarınaməlumat verməlidirlər.

III fəsil

AXTARIŞ İŞLƏRİ

Maddə 8.Axtarış işlərinin təşkili

Axtarış işləri naməlum əsgər məzarlarının, əsgər cənazələrinin tapılması, həlak olanların və itkin düşənlərin şəxsiyyətinin müəyyənləşdirilməsiməqsədilə aparılır.

Axtarış işləri müvafiq icra hakimiyyəti orqanları və axtarış işlərinə icazəsi olan müvafiq ictimai birliklər tərəfindən yerli proqramlar əsasındahəyata keçirilir.

Hərbi əməliyyatlar getmiş ərazilərdə özbaşına axtarış işləri aparmaq və əsgər məzarlarını açmaq qadağandır.

Maddə 9.Axtarış işlərinin aparılması qaydası

Axtarış işlərinin aparılması qaydası bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

Həlak olanların tapılmış cənazələri bu Qanunun 5-ci maddəsində müəyyən olunmuş qaydada dəfn edilir.

Həlak olanların tapılmış silahları, sənədləri və digər əmlakı öyrənilmək, ekspertiza edilmək və qeydiyyata alınmaq üçün həmin ərazidəyerləşən hərbi orqanlara təhvil verilir.

Həlak olanların sənədləri, şəxsi əşyaları və mükafatları qohumlarına və ya muzeylərə, silahları müvafiq icra hakimiyyəti orqanlarına təhvilverilir. Silahlar tətbiq edilə bilməyəcək vəziyyətə gətirildikdən sonra muzeylərə təhvil verilə bilər. Partlayış təhlükəsi yaradan əşyalar aşkaredildikdə dərhal hərbi idarə orqanlarına məlumat verilir. Onları zərərsizləşdirmək və ya məhv etmək üçün həmin orqanlar müvafiq tədbirlərgörürlər.

Partlayış təhlükəsi yaradan əşyaları icazəsiz götürmək və başqa yerə aparmaq qadağandır.

IV. YEKUN MÜDDƏALARI

Maddə 10.Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi tədbirlərinin maliyyələşdirilməsi

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi respublika dövlət büdcəsi və yerli büdcələrin vəsaitləri, fiziki və hüquqi şəxslərinianələri hesabına maliyyələşdirilir.

Başqa dövlətlərin ərazisində olan Azərbaycan əsgərlərinin məzarlarının və digər dövlətlərin hərbi qulluqçularının Azərbaycan Respublikasıərazisində olan məzarlarının qorunması, bərpası və abadlaşdırılmasının maliyyələşdirilməsi dövlətlərarası sazişlər əsasında həyata keçirilir.

Maddə 11.Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 12.Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalqmüqavilələr tətbiq edilir.

HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 23 dekabr 1997-ci il
№ 416-IQ