30 min gəlirlə çörək toplayan kişi -
Türkiyənin İzmir şəhərində yaşlı bir kişi ibrətamiz addım atıb.
Belə ki, Zinnur Çelik adlı kişi iş yerlərindən topladığı quru çörəkləri israf etməmək üçün onları yem kimi emal edib, küçələrdə sahibsiz heyvanları bəsləyir. Bundan əlavə məhsulun satışından da gələn gəliri isə ehtiyacı olan insanlara paylayır. Zinnur kişinin 40-a yaxın kirayə verdiyi şəxsi mülklərindən gələn gəliri 30 min lirədir. Ondan "niyə çörək toplayırsan?" sualına isə "Sırf Allah rızası üçün, axirətə yatırım üçün. Bu ömür keçiçidir. Para ilə işim yoxdur. Dünyanın heçbir zövqündə gözüm yoxdur" deyə cavab verib. /Devran media/