Naxçıvan şəhərində “44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildinin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası 19 oktyabr 2023-cü il tarixində saat 14:00-da Naxçıvan şəhəri Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində "44 gün – Tarixi zəfər” adlı ki­ta­bın I və II cildinin təqdimatını keçirilib. Birinci cilddə 44 günlük Vətən mü­haribəsi ilə yanaşı, 2016-cı il aprel döyüşlərində və Tovuz döyüşləei zamanı həlak olanların da ad­la­rının və xatirələ­ri­nin əbədiləş­di­rilməsi məqsədilə çap edilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən en­siklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haq­qında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götü­rül­müş və­təndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayon­lara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həm­çinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araş­dırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləş­di­ril­məsi məq­sədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanın hazırladığı «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb.

Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün das­tanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.