Baş redaktora “Tərəqqi” medalı verildi


Cəmiyyət işində fərqlənmək həm də dövlətçilik işinə töhfə verməkdir. Uzun illərdir ensiklopediya tariximizdə əhəmiyyətli rol oynayan Respublika Xatirə Kitabı da bu əhatədə müəyyən uğurları ilə diqqət çəkir. Kitabın Baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi altında redaksiya cəmiyyət-ensiklopediya məsələlərinə son dərəcə böyük önəm verir.

Mətbuat-cəmiyyət işindəki əzmkarlığına görə Respublika Xatirə Kitabı redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova "Tərəqqi” medalına layiq görülüb. 25 may 2023-cü il tarixdə Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tərəqqi” medalını Nəzakət Məmmədovaya təqdim edib, ona işlərində müvəffəqiyyətlər arzulayıb.