VIII Bakı Beynəlxalq Kitab Sərgisi


Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisi başlayıb. Məlumat verildiyi kimi, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Açılış mərasimində Mədəniyyət naziri Anar Kərimov çıxış edib, sərginin əhəmiyyətindən danışıb, cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığı etmək və s. barədə geniş bəhs edib.
Qeyd edək ki, sərgidə Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyası da öz mətbu məhsulları ilə iştirak edir.
VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.
Xatırladaq ki, 15 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən mühüm festivallardan hesab olunur.