Prezidentə yazırlar

Çox dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan!
Xalqımiz həqiqətən də çox xoşbəxtdir ki, tarixin zəfər yazdığı günlərə şahidlik etdi. Dünyaya günəş kimi doğan Ali Baş Komandanımız! Qədim xalqımızı dünyaya "Qalib xalq" kimi tanıtdığınız üçün Sizə təşəkkür edirik. Sizin sayənizdə dünyaya səs salan möhtəşəm "Zəfər paradı" dosta fəxarət, düşmənə göz dağı verdi. Dünya azərbaycanlılarını yumruqtək birləşdirən Prezidentimiz İlham Əliyev, Qarabağın məgrurluq əzəmətini özünə qaytaran, Ulu Öndərimiz Heydər Əliyevin Ata Vəsiətini qəhrəmancasına yerinə yetirən Ali Baş Komandanımız, bu gün hər bir azərbaycanlının duası Sizinlədir!
Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır. Biz Sizə çox minnətdarıq!
24 dekabr ad gününüzü illərdi həsrətində olduğumuz yurd yerlərimizdə Qubadlıda və Zəngilanda qeyd etməyiniz ürəyimizi fəxarət hissi ilə doldurdu.
Hörmətli prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, xalqımızin rifahı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm"

Dərin hörmətlə,

Nəzakət Məmmədova,
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru