Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı ziyarət olunub


Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra hərbi qulluqçular Mübariz İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.