44 Gün - Tarixi Zəfər” kitabının II və III cildləri Şirvan şəhərində şəhid ailələrinə təqdim edilib
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Şirvan Şəhər İcra Hakimiyyəti ilə birgə 7 noyabr 2024-cü il tarixində "44 Gün - Tarixi Zəfər” kitabının II və III cildlərinin təqdimatını keçirib. Tədbirdə şəhid ailələri, media mənsublan və ziyalılar iştirak edib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsi zamanı igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan danışılıb, şəhidlərimizin xatirələrinin həmişə minnətdarlıq hissi ilə yad ediləcəyi diqqətə çatdırılıb.
Tədbirin sonunda şəhid ailələrinə kitablar paylanılıb.