Vətənpərvərlik - ən ali mənəvi dəyər
Milli birliyin və vətənpərliyin yüksək səviyyədə olması 44 günlük Vətən müharibəsində böyük Zəfərin əldə olunmasının başlıca səbəbi oldu. Vətənpərvərlik milli və mənəvi dəyər olaraq hər zaman gənc nəsilin təmsilçilərinə aşılanıb. "Vətənpərvərlik - ən ali mənəvi dəyər” sənədli filmi də 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələrə əsaslanaraq vətənpərliyin ən ali mənəvi dəyər olduğunu göstərmək, Azərbaycan xalqının xoşbəxt gələcəyinin təmin olunması baxımından həyatı əhəmiyyət kəsb edir.
Film, nümunəvi olaraq Şəhid Pəncəli Teymurovun və Cəbrayıl Dövlətzadənin döyüş yolunu göstərməklə, onların simasında bütün şəhidlərimizin ruhuna ithaf olunur.
Layihə rəhbəri olduğum bu film Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilmişdir.
Filmin ilk təqdimatı bu il aprelin 11-də Azərbaycan Dövlət İqtisad Universitetində keçirildi. Tədbirdə Universitetin prorektoru Şaiq Əsgərov, şəhid ailələri Müdafiə Nazirliyinin və Zabitlər Evindən hərbiçilər-zabitlər, qazilər, müəllim və tələbələr iştirak edirdi.