Nəzakət Məmmədova: "... Bugünkü tədbiri Biləsuvar oğullarının göz açdıqları qəhrəmanlıq yurdunda keçiririk"


"Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanı, yenilməz döyüşçü Mübariz İbrahimovun, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzyevin, Vətən Müharibəsi Qəhrəmanları Mahmudov Cavid Hilal oğlunun, Əkbərov Orxan Nadir oğlunun, Babayev Nihad Akif oğlunun, həmçinin, onlarla müxtəlif yüksək təltifli Biləsuvar oğullarının göz açdıqları qəhrəmanlıq yurdunda keçiririk". Baki-xeber.com-un məlumatına görə, bu sözləri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Biləsuvar rayonunda keçirilən "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimində deyib.

İradə SARIYEVA

Biləsuvar