Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı
Türk Mədəniyyəti və İrsi Fondunun Fransada Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına dair
Bəyanatı
Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir.
Türk Mədəniyyəti və İrsi Fondu bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı Türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir.