Xətai rayonunda şəhid Orxan İsmayılovun adını daşıyan küçənin açılışı olub



Paytaxtın Xətai rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun adını daşıyan küçənin açılışı olub.

Mərasimdə rayon icra hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, rayondakı 59 saylı tam orta məktəbin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidin xatirə lövhəsinin önünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Çıxış edənlər şəhid Orxan İsmayılov haqqında xatirələrini bölüşüb, Vətən müharibəsi günlərində onun qəhrəmanlığından bəhs edib, məktəblilər vətənpərvərlik haqqında şerlər söyləyiblər.

Mərasimdən sonra şəhidin adı yazılan lövhə divara vurulub.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.