Respublika Veteranlar Təşkilatında 9 May - Qələbə Günü münasibətilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib
Mayın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 9 May - Qələbə Günü münasibətilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub.
Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə xalqımızı təbrik edib. O, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını vurğulayıb.
Tədbir bayram süfrəsi arxasında davam edib.