VƏTƏN DAŞI... və ya... 44 günün dastanı...


Azərbaycan Respublikası Xatirə Kitabının

televiziya layihəsi


Janr: Silsilə sənədli film

Xronometraj: 30 dəqiqə

Məkan: Azərbaycan ərazisi (ölkə daxili )

Efir: Razılaşdırılmış yerli televiziyası kanalı.

Layihə rəhbəri və baş redaktor: Nəzakət Məmmədova

Yaradıcı heyyət: Redaksiyanın əməkdaşları ( ssenari müəllifi, rejissor, operator, montaj rejissoru, redaktor )

Layihənin ideyası:

44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatdı.Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi.Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı tarixə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra çox danışılacaq, kitablar yazılacaq, filmlər çəkiləcək.

Respublika Xatirə Kitabının yaradıcısı, ümummilli lider Heydər Əliyevin Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında

23 dekabr 1997-ci il tarixində imzaladığı Qanunda deyilir...

· ...«Şəhid» Memorial Kompleksinin yaradılması;

· dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qoyulması;vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin qorunması və abadlaşdırılması; döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanlarının qoyulması;

· həlak olanlar haqqında Respublika «Xatirə kitabı»nın aparılması;

· həlak olanlar haqqında materialların kütləvi informasiya vasitələrində yayılması, onların qəhrəmanlığına həsr olunmuş ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, muzey və sərgilərin təşkil edilməsi...

Məhz bu müddəaları əsas götürərək Respublika Xatirə Kitabı redaksiyası olaraq yeni layihənin həyata keçirilməsini qərara aldıq.

Prezident İlham Əliyev: Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

Ali Baş Komandan Azərbaycan əsgərinə verdiyi qiymət və dəyəri hər çıxışında dilə gətirir. Biz də layihənin yaradıcı heyyəti olaraq məqsədimiz Vətən uğrunda döyüşən, canından keçən əsgərlərimizi, şəhidlərimizi daha yaxından tanıtmaq, örnək göstərmək, nümunəvi döyüş yolunu işıqlandırmaq və gələcək nəsillərin vətənpərvər ruhda böyüməsinə xidmət etməkdir.

Filmlərin çəkilməsində əsas məqsədlərdən biri də şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin diqqət və qayğısını hiss etdirməkdir. Azərbaycan vətəndaşlarının Vətən daşına çevrilib əbədiləşdiyini, düşmənə sipər olduğunu, düşdüyü yerdə keçilməz səddə çevrildiyini və bu Vətən daşlarını özlərinə sipər tutub arxasında yeni vətənsevdalısı nəsillərin böyüdüyünü televiziya və sosial şəbəkələr vasitəsiylə daha geniş auditoriyalara çatdırmaqdır.

"Vətən Daşı” silsilə sənədli filmini Vətən müharibəsində iştirak edən, könüllü olaraq döyüşə qatılan əsgərlərimiz, qazi və şəhidlərimizin həyat hekayəsi də adlandırmaq olar.

Şəhidlərimizi hər zaman böyük sevgi və ehtiramla yad edirik. Müqəddəs zirvəyə ucalanların ürəklərinin dərinliyində Vətən dərdlərinin həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?! Əlbəttə yox!Bu müqəddəs yolun iştirakçıları ən yüksək səviyyədə tamaşaçıya tanıdılmalıdır.

Çəkiliş qrupu olaraq bu işin məsuliyyənini dərk edərək Vətəndaş olaraq öz missiyamızı şərəflə yerinə yetirməyi arzulayırıq və bu müqəddəs yola Mədəniyyət Nazirliyinin dəstəyilə çıxmaq istəyirik.

SİNOPSİS

Film, şəhid qəhramanın bütöv bir obrazını və xarakterini mükəmməl şəkildə göstərmək məqsədi ilə onun doğulduğu evdən, ailədən başlayır. Onun keçdiyi ömür yolu, məqsəd və arzuları özünün və ya doğmalraının vasitəsilə dilə dilə gələcək. Doğmaların, dostların , sinif, iş yoldaşlarının xatirələri qəhrəmanınmızı faha yaxından tanıdacaq, xatirələr yada düşəcək. Bir gəncin bir anda öz həyatından keçib Vətən uğrunda döyüşə qatılması göz önünə gələcək. xidmət etdiyi hərbi hissə də əsgər yoldaşları qəhraman haqqında fikirlərini, xatirələrini bölüşür. Eyni zamanda şəhidin döyüş yolu bədii-obrazlı şəkildə təqdim olunur.

Film tamaşaçını dünən adi vətəndaş olan bir oğulun Vətən daşına çevrildiyi o müqəddəs yerə aparır. Onu bütöv bir obrazda sevdirir. Nəticədə tamaşaçı Azərbaycanın müxtəlif bölgələrində - kəndlərdə, qəsəbələrdə yaşayan bir insanıbn göstərdiyi şücaət və igidlik nəticəsində qəhramana, şəhidə çevrilməsini dinamik və hissli, duyğulu səhnələrlə izləyəcək, yaddaşına həkk edəcək.

Filmin qəhrəmanları: müharibə iştirakçıları, qazi və şəhidlər…

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT” Fondu yaradılıb. Fond bu istiqamətdə ciddi işlərin görülməsinə artıq başlayıb və bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir. Bizim məqsədimiz də bu insanlara mənəvi dəstək olmaq, onlarla hər birimizin qürur duyduğunu hiss etdirmək, xalqımız üçün nə qədər əziz olduqlarını, hörmət və ehtiram sahib olduqlarını göstərməkdir.

Layihənin yaradıcı heyyəti olaraq Mədəniyyət Nazirliyinin xətti ilə tezliklə bu sənədli filmlərin ekranlara gəlməsini arzu edirik.