“Poladın 7 anı” sənədli filmi təqdim olunub
![](https://xatirekitabi.az/upload/5f4925b738602_15983549356112021559_1000x669.jpg)
General-mayor Polad Həşimova həsr olunan "Poladın 7 anı” sənədli filmi təqdim olunub.
26 dəqiqədən ibarət olan sənədli film iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr edilib.
İctimai Televiziyanın təqdim etdiyi filmin müəllifi İlham Tumas, rejissoru Ruslan Hüseyn, operatoru Samir Musayevdir.