Yaddaşlarda yaşayır müharibə illəri, müharibə faciələri!.. Hələ də ümidini üzməyib yollara baxa-baxa yar-yoldaşını, doğmalarını, yaxınlarını gözləyən, gözü yollarda qalan nə qədər insan var! Onlar hələ də möcüzəyə inanır və bu inamla da yaşayır. Vətən uğrunda canından keçən, şəhidliyə qovuşan, qanlı cəbhələrdə itkin düşən insanların yalnız bircə şeyə ehtiyacı var – yada salınmaq, xatırlanmaq… Onların ruhu yalnız xatirəl