44 gün – tarixi Zəfər” kitabı Şirvan şəhərində şəhid ailələrinə təqdim edildi


Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə işıq üzü görən "44 gün – tarixi Zəfər” adlı kitab şəhid ailələrinə və qazilərə təqdim edildi.
Yanvarın 31-də Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilmiş tədbir, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir iştirakçıları, eyni zamanda şəhid ailələri 44​ günlük Vətən savaşında Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığından, bu qələbənin təməlində ulu öndər Heydər Əliyev strategiyasının, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsinin, müstəqil və düşünülmüş siyasətinin olduğunu vurğulayaraq dövlət-xalq-ordu birliyi ilə bağlı fikir mübadilələri apardılar.
Sonda, Respublika Xatirə Kitabının "Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş film qonaqlara nümayiş etdirildi.