“44 gün – Tarixi zəfər”

Gəncə şəhərində Respublika "Xatirə Kitabı” redaksiyasının hazırladığı üç­cild­li­yin birinci cildinin təqdimat mərasimi keçirilib


İyulun 6-da Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” redaksiyası tərəfindən Gəncə şəhərində Vətən mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsinə həsr olunan "44 gün – Tarixi zəfər” adlı üç­cild­li­yin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirilib.

Mərasimə Goranboy, Naftalan, Xocalı, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan şəhid ailələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, kitabın birinci cil­dində min nə­fə­rə yaxın döyüşçü – Aprel döyüş­lə­rində və Tovuz hadi­sə­lərində, həmçinin Və­tən müharibəsin­də hə­lak olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib.

Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” insan resurslarını əbədiləşdirən tarixi sənəddir. Bu kitabda İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azad­lığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdiril­məsi Respublika "Xatirə Kitabı” redaksiyasının üm­də işidir və re­dak­siya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdir­mək­dədir.

Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».