Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi "Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.