Şəhid İlkin Seyidovun döyüş yolundan bəhs edən kitabın təqdimatı olacaq



Aprelin 18-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Sədərək rayonun müdafiəsi uğrunda şəhid olmuş polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən "Bir xatirə kitabına bənzəyir ömrüm” adlı kitabın təqdimatı keçiriləcək.

Kitab "Şəhidlər ölməz, Vətən bölünməz” rubrikası altında Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən işıq üzü görmüş silsilə kitablar sessiyasından növbəti nəşrdir.

Tədbirdə İlkin Seyidovun döyüş yolundan danışılacaq, kitab haqqında fikirlər səsləndiriləcək.