“Vikipediya”da xalqımızın qəhrəman oğlu Raquf Orucov haqqındaingilis dilində məqalələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Vikipediya”da Aprel döyüşlərində böyük şücaətlər göstərmiş polkovnik-leytenant Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb.

MEK-dənAZƏRTAC-a bildirilib ki, məqalədə qəhrəmanın həyatı və keçdiyi şanlı döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan "Vikipediya”larda digər qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.